Bakı. Trend:
Suriyanın Cebla şəhərində keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı qruplarla toqquşmalarda Suriyanın yeni hökumətinin Dövlət Təhlükəsizlik İdarəsinin ən azı 13 əməkdaşı həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Syria TV" televiziya kanalı xəbər verib.
Qeyd olunub ki, Rusiyanın Xmeymim aviabazasının yaxınlığında yerləşdiyi Cebla şəhərində Suriyanın yeni administrasiyasının təhlükəsizlik qüvvələri ilə Əsəd tərəfdarları arasında silahlı toqquşmalar hələ də davam edir.
Bundan əvvəl telekanal Cebldə dörd təhlükəsizlik qüvvələrinin həlak olması barədə məlumat vermişdi.