Bakı. Trend:
Ötən gün məhkəmənin qərarından sonra üzərindən həbs cəzası götürülən Cənubi Koreyanın Prezidenti Yun Sok Yol bu gün həbsxanadan azad edilib.
Trend xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, prezident istintaq təcridxanasını tərk edərkən onu çoxlu tərəfdarı qarşılayıb.
"İlk növbədə, qanunsuzluğun aradan qaldırılmasında göstərdiyi cəsarət və qətiyyətə görə Seul məhkəməsinə təşəkkür edirəm", - deyə Yun Sok Yol vəkillərinin vasitəsilə ictimailəşdirdiyi bəyanatında yazıb.