Bakı. Trend:
Əfqanıstanda ABŞ qüvvələrinin tərk etdiyi silahlar Pakistanda terror aktlarında istifadə edilir.
Trend xəbər verir ki, bu barədə Pakistanın ədliyyə naziri Aqil Malik bildirib.
"Pakistanda Əfqanıstan torpaqlarından gələn və xüsusilə ABŞ-dən qalan silahlardan istifadə edilməklə törədilən hadisələr baş verib", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, terrorçular son olaraq Pakistanın qərbindəki Hayber-Paxtunxva əyalətinə hücum zamanı məhz ABŞ silahlarından istifadə ediblər.
Qeyd edək ki, bundan əvvəl Pakistan hökuməti "Taliban"ı ölkə ərazisində möhkəmlənməyə və avanpost yaratmaq cəhdində ittiham etmişdi.
