Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrika Respublikasının səfiri İbrahim Rəsulu arzuolunmaz şəxs elan edib.
Trend-in məlumatına görə, bu barədə Marko Rubio "X" sosial şəbəkəsində yazıb.
"Biz artıq Cənubi Afrika səfirini böyük ölkəmizdə alqışlamırıq. İbrahim Rəsul Amerikaya və onun prezidentinə nifrət edən irqçi siyasətçidir. Onunla müzakirə edəcəyimiz heç nə yoxdur və indi o, arzuolunmaz şəxs elan edilib", - deyə M.Rubio bildirib.
Dövlət katibi paylaşımını Cənubi Afrika diplomatının Amerika liderinə hücumlarına istinad edən Breitbart portalına istinadla müşayiət edib.