Bakı. Trend:
Pakistanın Bəlucistan əyalətində ölkənin sərhəd qoşunlarına aid hərbi kolona qarşı həyata keçirilən bombalı hücumda beş əsgər həlak olub, ən azı 12 hərbçi isə yaralanıb.
Trend-in məlumatına görə, hücum intiharçı-terrorçu tərəfindən həyata keçirilib. Terrorçu partlayıcı maddələrlə dolu nəqliyyat vasitəsini hərbi kolonun üzərinə sürüb.
Məlumata görə, hücumu "Bəlucistan Azadlıq Ordusu" adlı ekstremist qruplaşma təşkil edib.