...

Avropa ABŞ ilə ticarət müharibəsinə hazırlaşmalıdır - Fransa Baş naziri

Dünya xəbərləri Materials 16 Mart 2025 19:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa ABŞ ilə ticarət müharibəsinə hazır olmalıdır.

Trend xəbər verir ki, bu barədə Fransanın Baş naziri Fransua Bayru France Info telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa təkcə hərbi təhdidlərə deyil, həm də iqtisadi mübarizəyə ciddi şəkildə hazırlaşmalıdır.

“Gömrük rüsumlarının tətbiqi həm bizim, həm də Amerika məhsullarını təhdid edir”, – deyə Bayru vurğulayıb.

Bununla belə, Baş nazir ticarət müharibəsini ifrat tədbir adlandıraraq, Avropa ilə ABŞ arasında diplomatik həll yollarının mümkün olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti