...

İranda Novruz bayramı çərşənbələrində 6 nəfər ölüb

Dünya xəbərləri Materials 17 Mart 2025 14:08 (UTC +04:00)
İranda Novruz bayramı çərşənbələrində 6 nəfər ölüb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən 26 gün ərzində İranda Novruz bayramı şənliklərinə hazırlıq və çərşənbə günlərində 6 nəfər ölüb, 606 nəfər isə xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Babək Yektapərəst yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ölənlərin beşi kişi, biri isə qadın olub.

Yektapərəst qeyd edib ki, xəsarət alanların 569-i kişi 36-sı isə qadındır.

İranlı rəsmi bildirib ki, xəsarət alanlardan 52 nəfərinin bədən üzvü amputasiya olunub.

Qeyd edək ki, İranda Novruz bayramı ilə əlaqədar çərşənbələrdə tonqalların qalanmasında təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunmur, kustar üsulla pirotexniki vasitələr hazırlanır və istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti