...

Avropanın bu şəhərində pişik boyda siçovullar peyda olub

Dünya xəbərləri Materials 17 Mart 2025 15:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin Birminhem şəhərində küçələrin yığılmamış zibillərlə dolması ucbatından şəhər çoxlu sayda siçovullar peyda olub.

Trend xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazır.

Zibillərin küçələrdə qalaq halında yığılmasına səbəb dalandarların və zibil daşıyan yük maşınlarının sürücülərinin maaşlarının artırılması tələbi ilə tətilə çıxmasıdır. Etirazçılar, eyni zamanda, iş yerlərində ixtisarların aparılmasına qarşı çıxır.

Mövcud vəziyyət əhalini təşvişə salan pişik ölçüdə siçovulların küçələri “zəbt etməsinə” yol açıb.

İri gəmiricilər qorxu bilmədən küçənin ortasında zibil paketlərini parçalayaraq, qida qalıqlarını ətrafa səpələyir.

Yerli əhali, eyni zamanda, şəhəri bürüyən üfunət iyindən şikayətlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti