Bakı. Trend:
Almaniya Ukraynaya yeni hərbi yardım paketi elan edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yeni hərbi yardım paketinə 24 ədəd MRAP zirehli döyüş maşını, Leopard 1 tankları üçün sursat, IRIS-T SLM hava müdafiə kompleksləri üçün mərmilər, beş min 155 millimetrlik artileriya mərmisi, müxtəlif növ hərbi PUAlar, o cümlədən 50 ədəd "Vector" kəşfiyyat dronu , minatəmizləyən aparatlar, 30 dron aşkarlama sistemi və başa hərbi vasitələr və avadanlıq daxil edilib.
Almaniya Ukraynaya silah tədarükü baxımından ABŞ-dən sonra ikinci yerdə gəlir. Almaniya Ukrayna müharibəsi başlayandan bu ölkəyə təxminə 44 milyard avroya həcmind yardım göndərib .