Bakı. Trend:
Rusiyanın Krasnodar diyarında yerləşən neft bazası Ukraynanın dron hücumu nəticəsində yanmağa başlayıb.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, hərbi PUA hücumu zamanı yanacaq çəlləkləri arasında yerləşən boru xətti zədələnib və sızmadan yanğın baş verib. Alov bir müddətdən sonra 1,7 min kvadrat metr sahəni əhatə edib və obyektin 30-a yaxın əməkdaşı təxliyə olunub.
Qeyd edək ki, neft bazası Krasnodarın Kropotkin şəhəri yaxınlığında yerləşir. Bu strateji obyektlə Rusiya nefti ixraca göndərilir. Bu məntəqə dəmir yolu neft terminalından və Xəzər Boru Kəməri Konsorsiumu boru kəməri sisteminə daxil olan NPS-6 'Kropotkin' birləşdirici boru kəmərindən ibarətdir.
Rusiya KİV-in məlumatına görə, yanğından sonra müəssisə fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.