Bakı. Trend:
2024-cü illərdə qeydə alınan rekord yüksək temperaturlar buzlaqların əriməsini sürətləndirib, dəniz səviyyəsinin qalxmasına səbəb olub və bəşəriyyəti qlobal fəlakətə daha da yaxınlaşdırıb.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, anomal isti hava şəraitinin qorxulu fəsadları barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.
ÜMT məlumatına əsasən, ötən il dünyanın orta temperaturu sənaye inqilabından əvvəlki səviyyəni 1,55 dərəcə (selsi) üstələyərək, 2023-cü ilin rekordunu təzələyib. İstiləşməyə bir sıra faktorlar o cümlədən günəş dövrələrindəki dəyişikliklər, güclü vulkan püskürməsi, soyuducu aerozolların miqdarının azalması və sai amillər təsir göstərib.
Nəticədə Dünya okeanının temperaturu müşahidələrin aparılmağa başladığı dövrdən ən yüksək səviyyəsinə çatıb. Bu isə qlobal istiləşmənin faciəvi fəsadlara yol açacağı ehtimalını əhəmiyyətli şəkildə yüksəkltmiş olur.