...

İsveçdə helikopterin qar uçqunu altında qalması nəticəsində 2 italiyalı turist həlak olub

Dünya xəbərləri Materials 21 Mart 2025 22:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin Kiruna bələdiyyəsində yerləşən Abisku Milli Parkında faciəli hadisə baş verib. Turistləri daşıyan helikopter qar uçqunu altında qalıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 7 nəfər zərər çəkib, iki nəfər isə həlak olub. Zərərçəkənlərin İtaliya vətəndaşları olduğu bildirilib.

Hadisə ilə bağlı polis ehtiyatsızlıqdan ölüm və bədənə xəsarət yetirmə hadisələrinə dair ilkin araşdırmalara başlayıb. Turizm şirkəti və şübhəli şəxslər araşdırmaya cəlb edilib.

İsveçin “Naturvardsverket” Təbiəti Mühafizə Agentliyi, hadisədən əvvəl bu ərazidə yüksək uçqun təhlükəsi barədə xəbərdarlıq etmişdi. Faciədən bir gün əvvəl Abisku və Riksqrensen ətrafında altı qar uçqunu qeydə alınıb. Ekspertlər, qar örtüyünün son dərəcə qeyri-sabit olduğunu və hətta minimal yükün belə qar uçqununa səbəb ola biləcəyini vurğulayırlar.

Turistlərə yamacın bucağını və yığılmış qarın həcmini diqqətlə izləmək, hər hansı şübhəli vəziyyət olduqda isə hava şəraiti sabitləşənə qədər səfəri təxirə salmaq tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti