Bakı. Trend:
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqlardan sonra Ankaraya qarşı sanksiyaları ləğv etməyi və F-16 qırıcılarının satışını bərpa etməyi nəzərdən keçirir.
Trend xəbər verir ki ,bu barədə Fox News Digital kanalı məlumat yayıb.
Tramp F-16 tədarükü üzrə razılaşmanın tamamlanmasına kömək etməyə hazır olduğunu bildirib. Həmçinin, əgər Türkiyə Rusiya istehsalı olan S-400 zenit-raket sistemlərini neytrallaşdırmaqla bağlı razılığa gələrsə, F-35 qırıcılarının satışı da mümkün ola bilər. Məlumata görə, bu, S-400 sistemlərinin qismən sökülməsi və ya ABŞ-nin nəzarətində olan bazaya köçürülməsi variantlarını əhatə edə bilər.
Vaşinqton Türkiyəyə qarşı sanksiyaları Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına cavab olaraq tətbiq etmişdi. Bu addım ABŞ və NATO müttəfiqlərinin ciddi narahatlığına səbəb olmuşdu. Nəticədə, Türkiyə F-35 proqramından çıxarılmış və bu qırıcıların satışı dondurulmuşdu. Ankara isə dəfələrlə S-400-lərdən imtina etməyəcəyini bəyan edib.