...

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Dünya xəbərləri Materials 22 Mart 2025 13:21 (UTC +04:00)
Hitrou hava limanı fəaliyyətini tam bərpa edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonun Hitrou hava limanı elektrik enerjisi ilə təmin olunan yarımstansiyada baş verən yanğından sonra martın 22-də normal fəaliyyətini bərpa edib.

Trend xəbər verir ki, bu barədə hava limanının administrasiyası məlumat yayıb.

"Biz Hitrounun bu gün açıq olduğunu və tam fəaliyyət göstərdiyini təsdiqləyə bilərik. Hava limanının işçiləri hava limanından kənar elektrik yarımstansiyasındakı yanğın nəticəsində səyahət planları pozulan sərnişinlərə kömək etmək üçün əllərindən gələni etməyə davam edirlər. Terminallarımızda yüzlərlə əlavə işçimiz var və əlavə 10 000 sərnişini qəbul etmək üçün bugünkü cədvələ yeni uçuşlar əlavə etdik", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, martın 21-də səhər saatlarında hava limanının yaxınlıqdakı yarımstansiyada baş verən yanğın səbəbindən hava limanı elektriksiz qalıb və demək olar ki, bütün gün fəaliyyətini dayandırıb. Hitrounun bağlanması cümə gününə planlaşdırılan 1300-ə yaxın reysə təsir edib və ən azı 300 000 sərnişinin səyahət planlarını pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti