...

Almaniya ABŞ-nin uzaqmənzilli raketlərini öz ərazilərində yerləşdirməyə davam edəcək

Dünya xəbərləri Materials 24 Mart 2025 04:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hakimiyyəti, 2026-cı ildən etibarən ABŞ-ın uzaqmənzilli raketlərini öz ərazilərində yerləşdirmək niyyətində olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə Almaniyanın Moskvadakı səfirliyi məlumat yayıb.

Səfirlik, 2024-cü ilin iyulunda Berlin və Vaşinqton tərəfindən qəbul edilən qərarın 2023-cü ilin oktyabr ayında qəbul edilmiş milli təhlükəsizlik strategiyasının məntiqinə uyğun olduğunu qeyd edib.

2024-cü ilin iyulunda Ağ Evin mətbuat xidməti ABŞ-ın 2026-cı ildən etibarən Almaniya ərazisində hazırda Avropanın hər hansı bir yerində yerləşdirilən silahlardan daha yeni və daha uzun mənzilli silahlar yerləşdirməyə başlayacağını açıqlamışdı. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov isə, bu planların raket silahlanma yarışı ehtimalını artırdığını və nəzarətsiz eskalasiyaya səbəb ola biləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti