...

ABŞ-də dövlət sirrinin jurnalistlə paylaşılması qalmaqala səbəb olub

Dünya xəbərləri Materials 25 Mart 2025 11:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin dövlət sirri kateqoriyalı məlumatların yerli jurnalistlərdən biri ilə paylaşılması böyük qalmaqala səbəb olub.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə “Atlantic” nəşrinin jurnalisti Ceffri Qoldberq Amerikalı vitse-president Ceyms Devid Vensin və Pentaqon rəhbəri Pit Heqsetin də yer aldığı “Siqnal” çat qrupuna daxil edilib.

Həmin qrupda Suriyada Husi üsyançıların mövqelərinə endiriləcək zərbələr barədə planlar, o cümlədən hansı silahlardan istifadə olunacağı, hansı hədəflərin vurulacağı və nə vaxt vurulacağı barədə təfsilatlar əməliyyatdan 2 saat öncə paylaşılıb.

Ağ Ev məlumatı təsdiqləyərək, jurnalistin həmin “xidməti” çat qrupuna bir səhlənkarlıq nəticəsi olaraq əlavə olunduğunu bildirib.

Yaranmış qalmaqal rəqib Demokratlarla yanaşı, bir sıra Respublikaçı siyasətçilərin də hiddətinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti