Bakı. Trend:
Rumıniya 2025-ci ilin sonuna qədər hərbi və mülki məqsədlər üçün pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlayacaq.
Trend xəbər verir ki, bunu iqtisadiyyat, rəqəmsallaşma, sahibkarlıq və turizm naziri Boqdan-Qruya İvan deyib.
"Prototip bu yay hazır olacaq və ilin sonunda seriya istehsalına başlanılacaq", - deyə Boqdan-Qruya İvan bildirib.
Nazir həmçinin qeyd edib ki, ilin sonuna qədər Rumıniyada partlayıcı maddələrin istehsalına da başlanacaq. 2026-cı ilin ikinci rübündən isə, ölkə Şimali Atlantika Alyansında istifadə edilən 155 kalibrli sursat istehsalına başlayacaq.