...

Türkiyədə hoteldə yanğın: ölənlər var ( ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 27 Mart 2025 10:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Bursa şəhərinin Uludağ rayonunda lisenziya müddəti başa çatmış oteldə baş vermiş yanğında 2 nəfər həlak olub.

Trend bu barədə türk Kiv-lərinə istinadən xəbər verir.

Məlumata görə, yanğının xizək təlimçilərinin eyvanda manqal yandırdığı zaman yuxarı hissənin alışması ilə başladığı bildirilir. Alovlar qısa müddətdə böyüyərək oteli bürüyüb.

Yanğın zamanı oteldə və xizək mərkəzində çalışan 12 nəfərin binanın içində olduğu məlum olub. Türkiyənin xizəkçilik və snoubord üzrə təlim dərnəyinin sədri Yahya Usta, onun həyat yoldaşı Fikriyə Usta və oğlu - 24-cü Pekin Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən xizəkçi Berkin Usta tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

xxx

08:53

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən bir hoteldə yanğın baş verib.

Trend xəbər verir ki, yanğın qısamüddətdə genişlənərək binaya yayılıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb edilib. Hotelin içərisində insanların olub-olmaması ilə bağlı açıqlama verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti