Bakı. Trend:
Kaliforniyanın Lonq-Biç şəhərində kişi oğurladığı yük maşını ilə polisdən qaçmağa çalışıb və bu zaman 13 avtomobilə çırpılıb.
Trend xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Hadisə martın 28-də Los-Anceles qraflığının cənubunda baş verib. Oğurlanmış yük maşını təqib zamanı 160 km/saat sürətlə hərəkət edərək bir neçə minik avtomobilinə çırpılıb və ümumilikdə 13 nəqliyyat vasitəsinə ziyan dəyib.
Yük maşını bir boya mağazasının girişindəki pilləkənlərə çırpıldıqdan sonra sürücü maşından düşərək qaçmağa cəhd edib. Lakin polis əməkdaşları onu bir neçə dəqiqə sonra saxlayıblar.