Bakı. Trend:
Danimarkanın ən böyük şəhərləri olan Orxus və Kopenhagendə ABŞ-nin Qrenlandiya siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları baş tutub.
Trend xəbər verir ki, bu barədə "Danmarks" radiosu məlumat yayıb.
"Danmarks" radiosunun məlumatına görə, 800-1000 nəfər ABŞ-nin Kopenhagendəki səfirliyi qarşısında "Qrenlandiya Qrenlandiyalılara məxsusdur" şüarı ilə aksiya keçirib.
Etirazlar, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Qrenlandiyaya nəzarət etmək niyyətini dəfələrlə dilə gətirməsindən sonra başlayıb.
Aksiya təşkilatçılarından biri Karen Littauer bildirib ki, "Həm Qrenlandiyaya, həm də Danimarkaya qarşı bu təzyiq qəbuledilməzdir. Biz bunun normal olmadığını göstərmək istəyirik. Bu, kobud pozuntudur."
Qeyd edək ki, etirazlar ABŞ vitse-prezidenti Cey Di Vensin martın 28-də Pituffik hərbi bazasında Kopenhagenin Qrenlandiyanın təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görmədiyini bildirməsindən sonra baş verib.
Danimarkanın Baş naziri Mette Frederiksen isə Vaşinqtonun tənqidlərini ədalətsiz adlandırıb.