Bakı. Trend:
Martın 31-də Benqal körfəzi sularında "Indra Navy-2025" təlimlərinin dəniz hissəsi başlayacaq.
Trend xəbər verir ki, təlimlər, Rusiya və Hindistan arasında birgə keçirilən hərbi dəniz təlimlərinin bir hissəsidir.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimin ilk hissəsi sahildə konfrans formatında keçiriləcək. Gəmi komandanları arasında qarşılıqlı fəaliyyət və dənizdə birgə hərəkətlərin müzakirə olunacağı tədbirdə hər iki ölkənin dənizçiləri gəmilərə qarşılıqlı səfərlər və idman tədbirləri keçirəcəklər.
Təlimlərin açılış mərasimi isə martın 28-də Hindistan Hərbi Dəniz Qüvvələrinin Rana esminesinin göyərtəsində Çennai limanında keçirilib.