Bakı. Trend:
İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri təxminən 48 800 nəfər əhalisi olan Vainqapu şəhərindən 142 km cənub-qərbdə yerləşib. Yeraltı təkanlar 28 km dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.