...

İsrail İordaniya ilə sərhəddə yeni maneələr tikəcək

Dünya xəbərləri Materials 1 Aprel 2025 01:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail iyun ayında İordaniya ilə sərhəd boyunca yeni maneələrin tikintisinə başlayacaq və bu prosesin üç il davam etməsi planlaşdırılır.

Trend-in "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, baryerlər Cənubi Colan təpələrindən Timna hava limanına qədər uzanacaq. Eylatın şimalındakı hava limanı ilə sərhədin digər hissəsi artıq 2010-cu illərdə Misir və Qəzza zolağı ilə birlikdə möhkəmləndirilib.

Layihənin ümumi dəyəri 1,4 milyard dollar təşkil edəcək. İsrail İordaniya ilə sərhədə yaxın hasar çəkməyi və gözətçi qüllələri qurmağı planlaşdırır.

Hazırda İordaniya ilə İsrail arasındakı sərhəddə və İordan çayının qərb sahili boyunca əsasən datçiklərlə təchiz edilmiş mesh hasarlar və ya tikanlı məftillər mövcuddur. Yeni baryerlərin təhlükəsizlik tədbirlərini daha da gücləndirəcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti