Bakı. Trend:
Mart ayında ABŞ və Meksika arasında qeyri-qanuni sərhəd keçidlərinin sayı rekord dərəcədə azalıb.
Trend xəbər verir ki, “New York Post” ABŞ Daxili Təhlükəsizlik Departamentindəki mənbələrə istinadən bu barədə məlumat yayıb.
Rəsmi məlumata görə, mart ayında sərhəd agentləri təxminən 7000 qanunsuz keçid cəhdini qeydə alıb. Müqayisə üçün, ötən ilin mart ayında bu göstərici 137 min nəfər olub.
Məlumatda qeyd olunur ki, kəskin azalma ABŞ Prezidenti Donald Tramp administrasiyasının yanvar ayının sonundan etibarən sərhəd nəzarətini gücləndirməsi ilə əlaqədardır.
Bu arada, İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) təcridxanalarında həddindən artıq sıxlıq yaşanır. Agentlik Konqresdən kütləvi deportasiya kampaniyasını dəstəkləmək üçün əlavə maliyyə vəsaiti ayrılmasını tələb edib.
Yeni sərhəd siyasətinin ilk 50 günü ərzində 32.000 nəfər saxlanılıb.