...

Çin rəsmilərinə viza sanksiyası tətbiq edəcəyik - Marko Rubio

Dünya xəbərləri Materials 1 Aprel 2025 05:40 (UTC +04:00)
Çin rəsmilərinə viza sanksiyası tətbiq edəcəyik - Marko Rubio
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası Tibet Muxtar Bölgəsinə xarici vətəndaşların, o cümlədən diplomatların və jurnalistlərin girişinə qoyulan məhdudiyyətlər səbəbindən Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat yayıb.

"Bu gün mən Tibet ərazilərinə xaricilərin giriş siyasətinin işlənib hazırlanması və ya həyata keçirilməsində mühüm rol oynayan Çin rəsmilərinə əlavə viza məhdudiyyətləri tətbiq etmək üçün tədbirlər görürəm", – bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti