Bakı. Trend:
ABŞ-nin Florida ştatının Glen DeKikko adlı sakini sosial şəbəkə üzərindən Ağ Ev rəhbəri Donald Trampa ölüm təhdidləri göndərdiyinə görə saxlanılıb.
Trend xəbər verir ki, bu haqda “Fox News” məlumat yayıb.
Cupiter rayon polis idarəsinin pres-relizinə görə, artıq həmin şəxsin “Facebook” hesabında dərc etdiyi postla bağlı cinayət işi açılıb
“Müstəntiqlər DeKikkonun sosial şəbəkədəki fəaliyyətini nəzərdən keçirib və onun birbaşa prezidentə yönəlmiş yazılı ölüm təhdidi etdiyi faktını təsdiqləyiblər”, - deyə məlumatda qeyd olunur.
Polis idarəsi araşdırma zamanı Ağ Evin Məxfi Xidməti ilə sıx əməkdaşıq edib. Məxfi Xidmətin sözçüsü Entoni Quqliemi “X” səhifəsində bildirib ki, məxfi xidmət əməkdaşları qorunmalı olan şəxslərin mühafizəsinə son dərəcə ciddi yanaşır.
“Uğurlarımız çox zaman ictimaiyyətdən daxil olan məlumatlardan başlayır, ona görə də şübhəli fəaliyyətləri polisə bildirməyə davam etməyinizi xahiş edirik”, - deyə o yazıb.