...

ABŞ-nin beş ştatında fırtına və tornadolar 15 nəfərin həyatına son qoydu

Dünya xəbərləri Materials 6 Aprel 2025 20:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin müxtəlif bölgələrində baş verən fırtınalar, daşqınlar və tornadolar nəticəsində ən azı 15 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.

Ən çox ölüm halı Tennessi ştatında qeydə alınıb. Dağıntılar əsasən Arkanzasdan Kentukkiyə qədər olan ərazilərdə cəmləşib.

Hazırda ABŞ-nin Milli Meteoroloji Xidməti bəzi bölgələrdə həyati təhlükə daşıyan daşqınlar barədə xəbərdarlıq etməyə davam edir. Təhlükəli hava şəraitinin yaxın günlərdə də davam edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti