...

İsrail iki britaniyalı deputatın ölkəyə girişini qadağan edib

Dünya xəbərləri Materials 7 Aprel 2025 07:14 (UTC +04:00)

Bakı. Trend:

İsrailin Daxili İşlər Nazirliyi Böyük Britaniyanın iki leyborist deputatının ölkəyə girişini qadağan edib.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verib.

Məlumata əsasən, Britaniya parlamentinin dörd nəfərdən ibarət nümayəndə heyəti İsrailə gəlib. Parlament üzvləri Yuan Yanq və Abtisam Məhəmməd Lutondan olan köməkçiləri ilə birlikdə ölkəyə gəliblər.

Hava limanında sorğu zamanı İsrailin Əhali və Miqrasiya İdarəsinin rəsmilərinə məlum olub ki, Britaniya vətəndaşlarının səfərinin məqsədi “İsrail təhlükəsizlik qüvvələrinin hərəkətlərini sənədləşdirmək və İsrailə qarşı nifrət nitqi yaymaqdır”.

Bildirilib ki, daxili işlər naziri Moşe Arbel hər dörd şəxsin ölkəyə girişini qadağan etmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti