Bakı. Trend:
Amerikalı milyarder İlon Maskın sahibi olduğu “X” sosial şəbəkəsi saxta və təqlidedici hesablara qarşı sərt qaydalar tətbiq etməyə hazırlaşır.
Trend bu barədə BBC-yə istinadən xəbər verir.
Aprelin 10-dan etibarən başqa istifadəçi və ya şəxsi təqlid edən hesablar ad hissənin önünə könüllü sürətdə “fake” (saxta-red) və ya “parody” (təqlid - red.) açar sözlərini əlavə etməli olacaq.
Platforma, eyni zamanda, həmin hesabların bağlanmaması üçün o cür hesabların orijinal hesablardakından fərqli profil şəkillərindən istifadə etmələri tələbini qoyub.
Qeyd edək ki, təkcə platformanın sahibi İlon Maskın adına minlərlə saxta hesabın olduğu deyilir. Onu təqlid edən bir səhifənin bir milyondan çox təqibçisi var. Onun “Tesla udmaq şansı verən” bir postuna 428 mindən çox bəyənmə və 200 mindən çox cavab gəlib.