Bakı. Trend:
Ağ evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.
Trend xəbər verir ki, Tramp Netanyahu ilə ikitərəfli ticarəti, eləcə də İran ətrafındakı vəziyyəti müzakirə etdiyini açıqlayıb.
"ABŞ və İran birbaşa danışıqlar aparır", - deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin bildirib ki, Vaşinqton və Tehran nümayəndələri şənbə günü görüşəcək.