...

İsrail öz xarici siyasətində daha məsuliyyətli olmalıdır - Hakan Fidan

Dünya xəbərləri Materials 8 Aprel 2025 03:12 (UTC +04:00)
İsrail öz xarici siyasətində daha məsuliyyətli olmalıdır - Hakan Fidan

Bakı. Trend:

İsrail regionda xarici siyasətini daha böyük məsuliyyətlə aparmalıdır, seçdiyi vektor yəhudi dövlətinə sabitlik gətirməyəcək.

Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib.

“Seçdiyi strategiya - xüsusən də işğal ona heç vaxt təhlükəsizlik gətirməyəcək və mənfi nəticələr verəcək. Ola bilsin ki, onun həyata keçirdiyi təxribatlar hansısa taktiki məsələləri həll etsin, amma strateji müstəvidə dəyən ziyan bundan qat-qat ciddi olacaq”, - Fidan qeyd edib.

Xəbər lenti

Xəbər lenti