Bakı. Trend:
İranın Səmnan əyalətində yerləşən kömür mədənində qaz sızması nəticəsində ən azı 7 nəfər həyatını itirib.
Trend xəbər verir ki, mədəndə olan bütün işçilər tuneldə qalaraq qazdan zəhərləniblər.
Qaz sızmasının dəqiq səbəbi hələ müəyyən edilməsə də, içəridə hələ də 3 nəfərin qalması ehtimal edilir.