Bakı. Trend:
ABŞ-də ölkənin müdafiə büdcəsinin təqribi məbləği məlum olub.
Trend xarici Kiv-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə Binyamin Netanyahu ilə keçirdiyi görüşdə danışıb.
Onun sözlərinə görə, administrasiyası ümumili həcmi təxminən 1 trilyon dollar olan müdafiə büdcəsi hazırlayıb.
“Biz faktiki olaraq təxminən 1 trilyon ABŞ dolları həcmində büdcəni təsdiq etmişik – 1 trilyon dollar. Hələ beləsini görən olmayıb. Biz indi güclü olmalıyıq, çünki ətrafımızda çoxlu pis qüvvələr var. Ona görə, biz büdcəni təsdiq edəcəyik və mən bunun indiyə kimi hərbçilərə ayıracağımız ən böyük büdcə olacağı ilə fəxr edirəm”, - deyə Tramp bildirib.