Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp aprelin 17-də İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Ağ Evdə görüşəcək.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
"Prezident Tramp aprelin 17-də İtaliyanın Baş naziri Ciorcia Melonini rəsmi işgüzar səfər çərçivəsində Ağ Evdə qəbul edəcək", – deyə Livitt bildirib.
O, həmçinin qeyd edib ki, Tramp aprelin 14-də Salvador Prezidenti Nayib Bukele ilə də Ağ Evdə görüş keçirəcək. Görüş zamanı tərəflər xüsusilə Tren de Araqua və MS-13 cinayətkar qruplarına qarşı birgə mübarizə məsələlərini müzakirə edəcəklər.