Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp aprelin 2-də yeni gömrük rüsumlarının tətbiqini elan etdikdən sonra sərvəti 500 milyon dollar azalıb.
Trend "Forbes" jurnalına istinadən xəbər verir ki, Ağ Ev rəhbərinə məxsus şirkətlərin səhmlərinin dəyərinin düşməsi nəticəsində onun sərvəti 4.7 milyard dollardan 4.2 milyard dollara qədər azalıb.
Jurnal, həmçinin Trampın daşınmaz əmlak və xidmətlər sahəsindəki aktivlərinin də ziyana uğradığını bildirir.