...

ABŞ Avropa ölkələrindəki hərbi kontingentinin ixtisarına dair qərar qəbul etməyib

Dünya xəbərləri Materials 9 Aprel 2025 01:24 (UTC +04:00)
ABŞ Avropa ölkələrindəki hərbi kontingentinin ixtisarına dair qərar qəbul etməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Pentaqonunun mətbuat xidməti, Polşanın TVP telekanalının sorğusuna cavab olaraq, Avropadakı hərbi kontingentinin ixtisarına dair hələ qərar vermədiyini açıqlayıb.

Trend-in məlumatına görə, hazırda ABŞ-nin hərbi strukturu nəzərdən keçirilir, lakin konkret bir qərar hələ qəbul edilməyib.

Pentaqonun bəyanatında, ABŞ-nin NATO-ya bağlılığının güclü olduğu və Avropadakı müdafiənin daha çox avropalı müttəfiqlər tərəfindən həyata keçirilməsinin gözlənildiyi qeyd edilib.

Bundan əvvəl NBC telekanalı xəbər vermişdi ki, Pentaqon Şərqi Avropadan 10 minə qədər hərbçini çıxarmağı nəzərdən keçirir. Məlumatda, bu qərarın ABŞ-nin əvvəlki administrasiyası tərəfindən 2022-ci ildə Ukrayna ilə həmsərhəd ölkələrə göndərilən 20 min nəfərlik hərbi qrupu ixtisar etməyi hədəflədiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti