...

Türkiyədən Fransaya avtomobil ixracı artıb

Dünya xəbərləri Materials 9 Aprel 2025 13:53 (UTC +04:00)
Türkiyədən Fransaya avtomobil ixracı artıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin mart ayında Fransaya avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq, 459 milyon 260 min 50 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Fransaya avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq, 1 milyard 102 milyon 509 min 70 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb, 9 milyon 494 min 834 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 3 milyon 517 min 876 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 37 milyon 569 min 656 dollar məbləğində avtomobil ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti