Bakı. Trend:
ABŞ və Panama Panama kanalının təhlükəsizliyi və istismarı ilə bağlı birgə bəyannamə imzalamaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.
"Biz Panama kanalının təhlükəsizliyini təmin edirik və Çinin bədxah təsirinə qarşı çıxırıq. Panama kanalı Çin tərəfindən deyil, Panama, Amerika tərəfindən qorunmalı olan əsas ərazidir", - deyə Pentaqon rəhbəri Panama ictimai təhlükəsizlik naziri Frank Abreqo ilə birgə mətbuat konfransında bildirib.