...

İstanbulda Rusiya və ABŞ danışıqları start götürüb

Dünya xəbərləri Materials 10 Aprel 2025 11:31 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və ABŞ-nin nümayəndə heyətləri Türkiyənin İstanbul şəhərində növbəti danışıqlar prosesinə başlayıb.

Trend xəbər verir ki, görüşdə iki ölkənin səfirliklərinin fəaliyyətlərinin normallaşdırılması və başqa mövzular müzakirə olunacaq.

Görüşün Rusiyanın İstanbuldakı baş konsulluğunda keçdiyi bildirilir. Danışıqlarda Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev, ABŞ tərəfini isə dövlət katibinin Rusiya və Mərkəzi Avropa məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter təmsil edir.

Qeyd edək ki, bundan öncəki danışıqlar raundu da fevralın 28-də İstanbulda keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti