Bakı. Trend:
Səudiyyə Ərəbistanının Energetika naziri vəliəhd şahzadə Əbdüləziz bin Salman ölkəsində 14 yeni neft və təbii qaz yatağının kəşf olunduğunu elan edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Səudiyyə rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, yataqlar krallığın şərq bölgəsində “Aramco” neft şirkəti tərəfindən aşkarlanıb və həcmləri o qədər də böyük deyil. Ümumilikdə neft yataqları günə 8 126 barrel hasilat potensialına malikdir.
Qeyd edək ki, dünyanın ən böyük neft şirkəti olan “Aramco”, 2023-cü il göstəricilərinə əsasən, gündəlik 12,3 milyon barrel xam neft istehsal etmək gücünə malikdir. Səudiyyə Ərəbistanı ABŞ-dan sonra dünyanın ikinci ən böyük xam neft istehsalçısıdır.