...

Türkiyədən Qırğızıstana mebel ixracı azalıb

Dünya xəbərləri Materials 10 Aprel 2025 12:47 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2025-cü ilin mart ayında Qırğızıstana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,6 faiz azalaraq, 671 min 99 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Qırğızıstana mebel məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz azalaraq, 1 milyon 949 min 83 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq, 1 milyon 888 min 457 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 672 min 716 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 0,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 7 milyon 852 min 13 dollar məbləğində mebel ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti