...

Gürcüstanın baş prokuroru Britaniyanın "qara siyahısına" düşüb

Dünya xəbərləri Materials 10 Aprel 2025 20:04 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniya Gürcüstanın baş prokuroru Georgi Qabitaşvilinin adını sanksiyalar siyahısına salıb. Məhdudlaşdırıcı ölçülərdən ibarət sənədin yenilənmiş variantı Britaniya hökumətinin rəsmi saytında dərc olunub.

Trend xəbər verir ki, “qara siyahıya”, eyni zamanda, Gürcüstan DİN rəhbərinin birinci müavini Şalva Bedoidze, Xüsusi İstintaq Xidmətinin rəhbəri Karlo Katsitadze və DİN xüsusi tapşırıqlar üzrə departamentinin sədr müavini Mirza Kesevadze yer alır.

Londondan bildiriblər ki, məhdudlaşdırıcı ölçülər üçün əsas, Gürcüstanda etiraz aksiyaların yatırılması zamanı ciddi insan haqları pozuntuları olub. Sanksiyalar həmin şəxslərin Birləşmiş Krallıq ərazisinə daxil olmasına əngəl qoyur, həmçinin, onların Britaniyada aktivlərinin aşkarlanacağı təqdirdə, onların dondurulmasına icazə verir.

Xatırladaq ki, ötən ilin dekabr ayında Britaniya XİN Gürcüstana bütün yardım proqramlarının qeyri-müəyyən müddətə dayandırıldığını və Gürcüstan hakimiyyəti ilə hərbi sferada əməkdaşlığı dayandırdığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti