Bakı.Trend:
Böyük Britaniya və Norveç Ukraynaya 580 milyon dollar həcmində hərbi yardım göstərəcək.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, ayrılan məbləğin Ukrayna ordusunun "yüz minlərlə" dronla tədarükünə, eyni zamanda hərbi texnika və hərbi avadanlığın təmiri və texniki qulluğuna sərf olunacağı bildirilir.
Bundan başqa, həmin məbləğlə radar sistemləri, tank əleyhinə minalar və PUA-lara qarşı texnologiyalar alınacaq.