Antalya. Trend:
Rusiya Suriya ilə münasibətlər qurmağa çalışır.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu Antalyada keçirilən 4-cü Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Təbii ki, Rusiya Suriya ilə münasibətlərini davam etdirir. Görüşlər keçirilir. Türkiyə təmsilçiləri olaraq biz də onlarla zaman-zaman nazirlər səviyyəsində əlaqə saxlayırıq. Nazirimiz artıq Rusiyadan olan həmkarı ilə görüşüb. Rusiya nümayəndə heyətləri ilə görüşlər keçirilir. Əlbəttə ki, bu, ən çox Ankara və ya Moskvada olur. Dəməşqdə görüş olmalıdır. Biz görürük ki, Rusiya yenidən münasibətlər qurmağa çalışır. Suriya tərəfi də bu məsələ ilə bağlı müzakirələrə və danışıqlara açıq olduğunu bəyan edib", - o deyib.