Antalya. Trend:
Türkiyə terror təhlükəsindən xilas olduqdan sonra ölkə iqtisadiyyatı tamamilə yeni bir təkan alacaq.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Antalya Diplomatik Forumunun açılış mərasimində deyib.
"Biz gömrük tarifləri vasitəsilə inkişaf edən ticarət rəqabətinin dağıdıcı xarakter daşımaması üçün əlimizdən gələni edirik. Sarsıntılara davamlı bir iqtisadiyyatla Türkiyə bu prosesi uğurla aşmaqla yanaşı, yeni dövrün qaliblərindən biri olacaq. Ölkəmizə qırx il, minlərlə vətəndaşımızın həyatına, milyardlarla dollar vəsaitə baha başa gələn terror təhlükəsindən qurtulduğumuz zaman ölkə iqtisadiyyatı tamamilə yeni təkan alacaq. Sizin dəstəyinizlə arzularımızı əks etdirən “Türk əsri”nə nail olacağımıza şübhə etmirik", - o bildirib.
Ərdoğan Antalya Diplomatik Forumunun da bu baxışı gələcək nəsillərə və dost türk ölkələrinə çatdırmaq üçün bir keçid rolunu oynayacağına əminliyini ifadə edib.