...

Ukrayna Parlamenti yayda prezident seçkilərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

Dünya xəbərləri Materials 11 Aprel 2025 20:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada hərbi vəziyyət və səfərbərlik mayın 8-dən sonra da uzadılacaq. Bu qərar Rusiyanın davam edən hücumları fonunda veriləcək.

Trend xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk deyib.

O, müharibənin hələ bitmədiyini vurğulayıb.

Ali Radanın sədri bildirib ki, ABŞ və Rusiya prezident seçkilərinin keçirilməsi üçün Kiyevə təzyiq etsələr belə, Parlament demokratiyanı dəstəkləməkdə qərarlıdır.

Stefançuk hələ də hücum altında olan ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin praktiki və hüquqi cəhətdən qeyri-mümkünlüyünü qeyd edib.

Xəbər lenti

Xəbər lenti