Bakı. Trend:
Venesuela Mərkəzi Bankının yeni rəhbəri Laura Karolina Qerra Anqulo təyin edilib.
Trend xəbər verir ki, bu barədə məlumat Respublikanın Rəsmi Qəzetində dərc olunub.
Yeni rəhbərliklə yanaşı, bankın direktorlar heyətinin tərkibi də yenilənib və siyahıya beş yeni maliyyəçi daxil edilib. Rəsmi sənəddə qeyd olunur ki, bu qərar ölkənin iqtisadi sabitliyinin təmin olunmasında yüksək ixtisaslı kadrların rolunu önə çəkir. Bank rəhbərliyində aparılan dəyişikliklərin əsas məqsədi iqtisadi inkişafı dəstəkləmək və Venesuela xalqının ümumi rifahını gücləndirməkdir.
Bundan əlavə, Venesuela Milli Assambleyası cümə axşamı ölkədə fövqəladə iqtisadi vəziyyət haqqında fərmanı təsdiqləyib. Bu sənəd prezidentə əlavə səlahiyyətlər verir və ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən tətbiq olunan tarif siyasətinə qarşı ölkə iqtisadiyyatını və istehsal sahələrini qorumaq məqsədi daşıyır.