...

“Chevron” Venesuela neftini tankerlərdən boşaltmağa məcbur qaldı

Dünya xəbərləri Materials 12 Aprel 2025 07:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “Chevron” şirkəti Vaşinqtonun birtərəfli sanksiyaları səbəbindən Birləşmiş Ştatlara göndərilməsi nəzərdə tutulan Venesuela neftini tankerlərdən boşaltmağa məcbur olub.

Trend xəbər verir ki, bu barədə Bolivar Respublikasının icraçı vitse-prezidenti və karbohidrogen naziri Delsi Rodriges “Telegram” kanalında məlumat yayıb.

Rodriges bildirib ki, ABŞ tərəfindən tətbiq olunan iqtisadi sanksiyalar nəticəsində “Chevron” Venesueladan karbohidrogen tədarükünə görə ödəniş edə bilmədiyindən, neft Venesuelanın dövlət neft və qaz şirkəti “Petroleros de Venezuela”ya (PDVSA) qaytarılıb.

“Bu neft beynəlxalq bazarda satışa çıxarılacaq və PDVSA xarici tərəfdaşlarla imzalanmış müqavilələrin şərtlərinə əməl edəcək,” – deyə vitse-prezident əlavə edib.

Rodriges həmçinin vurğulayıb ki, ABŞ Venesuelanın işləməsinə və inkişaf etməsinə mane ola bilməyəcək və ölkə bu prosesdə qalib gələcək.

Qeyd edək ki, 2015-ci ildən etibarən ABŞ və onun müttəfiqləri Venesuelaya qarşı 930-dan çox birtərəfli sanksiya tətbiq ediblər. Ölkə iqtisadiyyatına ən böyük zərbə 2019-cu ildə – Donald Trampın prezidentliyi dövründə PDVSA-ya qarşı qoyulan sanksiyalarla vurulub. Bu ilin fevralında Tramp, “Chevron” da daxil olmaqla Amerika neft şirkətlərinə Venesuelada fəaliyyətə icazə verən sanksiya istisnalarını ləğv edib. Şirkət mayın 27-dək fəaliyyətini tam dayandırmalıdır. Mart ayının sonunda isə digər xarici şirkətlərə də ABŞ lisenziyaları ləğv edilib.

Xəbər lenti

Xəbər lenti