Bakı. Trend:
İran və ABŞ nümayəndə heyətləri arasında Maskatda (Oman) dolayısı ilə keçirilən danışıqların pozitiv və konstruktiv şəkildə keçib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.
"Çox müsbət və konstruktiv söhbətimiz oldu", - deyə o bildirib.
Xüsusi nümayəndənin sözlərinə görə, o, aprelin 12-də ABŞ-yə qayıdacaq.