Bakı. Trend:
"SpaceX" şirkətinin "Falcon 9" raketi şənbə günü ABŞ kəşfiyyat peyklərinin növbəti partiyasını orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Hərbi-Kosmik Kəşfiyyati İdarəsi bildirib.
Məlumata əsasən, raket Sakit okean vaxtı ilə saat 05:25-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında "SLC-4E" buraxılış meydançasından buraxılıb. Təxminən iki saatdan sonra peyklər təyin olunmuş orbitə daxil olublar.
"NROL-192" missiyası çərçivəsində ötən ildən bəri mini-optik-elektron kəşfiyyat peyklərinin doqquzuncu partiyası orbitə çıxarılıb.
Mini-peyklərin təyinatı və onların sayı haqqında ətraflı məlumat məxfidir.